Təcrübənin məqsədi:

  • Tədris prosesində nəzəri təlimdə öyrədilən bilikləri möhkəmləndirmək;
  • Təcrübə dərslərində tələbələrdə sərbəst işləmək bacarığı formalaşdırmaqla gələcək tibb işçisinin öz sənətinə qarşı maraq və sevgi yaratmaq, əmək intizamı və ixtisaslaşmış cavabdehlik yaratmaq;
  • Təcrübə proqramlarının tələblərinə uyğun olaraq ixtisasları nəzərə almaqla stasionar şəraitdə təcrübi bacarıqların vərdiş kimi qavranılmasına şərait yaratmaq;
  • Tələbələrdə pasientlərlə və işçi kollektivlə ünsiyyət qurmaq, sanitar-epidemioloji rejimə riayət etmək, iş növbəsini qəbul etmək və təhvil vermək və s. bacarıqları formalaşdırmaq;

 

Diplomqabağı təcrübənin təşkili:

  • Tədris təcrübədə laboratoriyalarda, təcrübə kabinetlərində və klinikaya qədərki kabinetlərdə gələcək manipulyasiyalar və işin aparılması texnikası mulyaj üzərində əyani vəsaitlərdən istifadə etməklə tələbələrə öyrədilir.
  • Diplomqabağı təcrübədə isə tələbələr nəzəri təlimi bitirdikdən sonra təcrübə bazalarında ixtisaslarına uyğun olaraq müalicə-profilaktika müəssisələrində təcrübə keçirlər. Bu zaman təcrübə dərslərində öyrəndikləri bacarıqları möhkəmləndirmək üçün təkrar-təkrar işləyirlər ki, vərdiş əmələ gəlsin.
  • Tələbələr təcrübə keçdiyi müəssisədə ilk olaraq sanitar epidemioloji rejim, əməyin mühafizəsi, daxili əmək intizamı, təhlükəsizlik texnikası, yanğınaqarşı mühafizə qayda və normaları ilə, işçi heyətlə və pasiyentlərlə və onların yaxınları ilə davranış qaydaları ilə tanış edilirlər.
  • Şöbələrdə keçirilən təcrübənin müddətinin ilk günlərində tələbələr tibb bacısının işini müşahidə edir, eləcə də sənədləşmənin aparılmasını öyrənirlər.
  • Diplomqabağı təcrübənin keçirilməsi üçün klinik baza kimi müasir maddi-texniki bazaya malik olan və yüksək ixtisaslı tibb bacılarının çalışdığı çoxprofilli klinik xəstəxanalar və digər klinikalar müəyyən edilirlər.

 

Təcrübəyə təcrübə rəhbəri nəzarət və rəhbərlik edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən TƏBİB-lə razılaşdırılmış təcrübə bazalarının siyahısı göndərilir.Təcrübə bazalarının siyahısı hər 5 ildən bir yenilənir.İxtisaslarına uyğun olaraq bütün şöbələrin tələbələrinin təcrübə keçmələri üçün lazım olan bazalar həmin siyahıda öz əksini tapır. Baza kimi xəstəxanalar,doğum evləri, apteklər, GEM-ri nəzərdə tutulur. Tələbələr Müalicə-profilaktika müəssisələrinin rəhbərlərinin başçılığı altında yerlərdən təhkim olunmuş təcrübə rəhbərlərinin və kollec tərəfindən təyin olunmuş metodik rəhbərlərin nəzarəti ilə təcrübə keçirirlər.