Ortopedik stomatologiya

İxtisas: Diş texniki
Peşə-ixtisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
Təhsil növü: Əyani
İxtisas kodu: 040711
Sumqayıt Tibb Kollecində 1996-cı ildən fəaliyyət göstərir 

Məzunların peşə fəaliyyəti

“Ortopedik stomatologiya” şöbəsinin məzunları stomatoloji müəssisələrin diş texnikliyi laboratoriyalarında işləmək üçün hazırlanır.

ortopedik1
ortopedik2

“Ortopedik stomatologiya” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır

  • Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
  • Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
  • Peşəsinə aid gigiyenik normativləri, əməyin mühafizə qaydalarını;
  • Ortopedik stomatologiyanın məqsəd və vəzifələrini;
  • Çeynəmə və biomexaniki aparatların funksional quruluşunun protezləmədə əhəmiyyətini;
  • Dişlərin anatomik quruluşunu və funksiyalarını;
  • Dişin anatomik quruluşunun tam mənimsənilməsi üçün oyma texnikasını;
  • Dişlər itirildikdən sonra ağız boşluğunun protezlənmə xüsusiyyətlərini;
  • Diş cərgəsi qüsurlarında diş protezi konstruksiyalarının düzgün seçilməsinin əhəmiyyətini;
  • Qüsurun topoqrafiyası və böyüklüyündən, dayaq dişlərin, toxumaların vəziyyətindən, protez yatağının və digər toxumaların vəziyyətindən asılı olaraq körpüvari, bügel və lövhəli protezilərin müqayisəli funksional qiymətləndirilməsini;
  • Laboratoriyada diş texnikinə ayrılan iş yerinin sahəsini, işıqlanma və ventily-asiya sistemlərinin düzgün qurulmasını, laboratoriya avadanlığı ilə düzgün rəftarı, təhlükəsizlik qaydalarına riayət etməyi;
  • Diş-texniki materialları ilə işləyərkən təhlükəsizliyin qorunmasını, iş yerində alət və aparatların düzgün yerləşdirilməsini;
  • Ortopedik stomatologiyada istifadə olunan  materialların, alət və aparatların tətbiqini;
  • Müasir materialların xüsusiyyətlərini, keyfiyyət göstəricilərini, işlədilmə qaydalarını;
  • Çıxan protezlərin növlərinin hazırlanmasının kliniki və laborator mərhələlərini;
  • Çıxan protezləri hazırlayarkən model üzərində dişlərin düzülməsini, bazisin modelləşdirmə qaydasını, polimerləşdirməni, cilalanmanı;
  • Çıxmayan protez növlərinin hazırlanmasının klinik və laborator mərhələlərini;
  • Müxtəlif növ qapaq, ştiftli diş, taxma, yarımqapaq, körpüvari protezlərin hazırlanma texnikasını;
  • Metal-keramik və metalsız keramik diş protezlərinin hazırlanma texnikasını;
  • Stomatoloji bərpada CAD/CAM texnologiyasını, müxtəlif keramik kütlələrdən istifadə qaydasını, keramik konstruksiyaların müxtəlif üsullarla hazırlanma texnikasını;
  • Sadə və kombinəedilmiş bügel protezlərinin müxtəlif konstruksiyalarının seçilməsini və tətbiqini;
  • Tökmə prosesində tətbiq olunan üsul və qaydaları;
  • Üz-çənə anomaniyaları, onların müalicəsi və profilaktikası üçün işlədilən ortodontik aparatların hazırlanmasını;
  • Ortodontik aparatların təyinatını, təsir xüsusiyyətlərini, fiksasiyasını və yerləşməsini;
  • Üz-çənə zədələnmə və qüsurlarının təsnifatlarını, üz–çənə travmatologiyası və protezlənməsində tətbiq olunan aparatların hazırlanma texnikasını;
  • Diş və ağız boşluğu xəstəlikləri  haqqında ümumi məlumatı, klinikada istifadə olunan alət və aparatların quruluşunu və istifadə qaydalarını.
ortopedik3
ortopedik4

Tədris olunan fənlər

  • Çıxan protezlərin hazırlanma texnikası
  • Çıxmayan protezlərin hazırlanma texnikası
  • Bügel protezlərin hazırlanma texnikası
  • Ortodontik aparatların hazırlanma texnikası
  • Metal diş protezlərin tökmə işi
  • Üz-çənə protezlərin hazırlanma texnikası
  • Diş və ağız boşluğu xəstəlikləri
  • Diş texnikliyi materialşünaslığı
  • Dişlərin oyma texnikası
  • İnsan anatomiya, normal fiziologiya, çeynəmə aparatının biomexanikası ilə
  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  • Xarici dildə işgüzar və akademik kommunikasiya
  • Hüququn əsasları
  • İnformasiya texnologiyaları
  • Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
  • İlk tibbi yardım
  • İctimai sağlamlıq və gigiyena
  • Əməyin mühafizəsi
  • Azərbaycan tarixi

Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri

  • Baş diş texniki
  • Diş texniki