Mamalıq işi şöbəsi
İxtisas: Mama
Peşə-ixtisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
Təhsil növü: Əyani
İxtisas kodu: 040706
Sumqayıt Tibb Kollecində 1969-cu ildən fəaliyyət göstərir
Məzunların peşə fəaliyyəti
Mama-orta ixtisaslı tibb işçisidir. O, peşəkar orientasiyalı olmalı və çoxprofilli yardım göstərməyi, qadınların sağlamlığının keşiyində durmağı bacarmalıdır.
Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qadın məsləhətxanaları, doğum evləri, xəstəxanaların doğum və ginekoloji şöbələrində) hamilə qadın və ginekoloji xəstələrə müalicəni yerinə yetirilməsini, profilaktik tədbirlərin aparılmasını və həkiməqədər təxirəsalınmaz tibbi yardım göstərə bilən “mama” kimi işləyir. Bölgələrdə feldşer mama məntəqələrində müdir vəzifəsində işləmək hüququna malikdir.
“Mamalıq işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Qadın orqanizminin anatomik-fizioloji xüsusiyyətlərini;
- Ana və uşaqların sağlamlığını qorumağı;
- Sanitar-maarifləndirmə, ailə planlaşdırılması, kontraseptivlərdən istifadə etmək üsullarına aid məsləhət verməyi;
- Qadın xəstəliklərini aşkar etməyi;
- Hamiləliyin diaqnostikasını, hamiləliyin müddətini (ay, həftə) təyin etməyi, hamilə qadını müayinə etməyi;
- Hamilələrə gigiyenik qaydaları və hamiləlik gimnastikasını öyrətməyi;
- Hamilə qadınları müayinəyə göndərməyi və müayinənin cavablarını ambulator kartda fiksə etməyi;
- Risk qrupu hamiləliyin dispanzeriziasiyasını;
- Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizli keçən xəstəlikləri, xüsusən xərçəng, QİCS və zöhrəvi xəstəliklərin ilk formalarının vaxtında aşkar edilməsini;
- Doğuşun dövrlərinə uyğun doğan qadına yardım etməyi;
- Normal doğuş qəbul etməyi;
- Doğuş zamanı və erkən zahılıq dövründə itirilən qanın miqdarını təyin etməyi;
- Yenidoğulmuşun yetkinliyini Apqar şkalası ilə qiymətləndirməyi;
- Reanimasiya şöbələrində bütün manipulyasiyaları vaxtında, düzgün və peşəkarcasına yerinə yetirməyi;
- Müasir narkoz və reanimasiya cihazlarından istifadə etməyi;
- Doğum evlərində yeni doğulmuşların vaksinasiya olunmasına nəzarət etməyi;
- Analara düzgün əmizdirmə texnikasını öyrətməyi;
- Gənc analara yeni doğulmuşa qulluq etməyi və qidalandırılmasını öyrətməyi;
- Zahı qadına evə yazıldıqdan sonra patronajı etməyi;
- Risk qruplu hamilələri və ağır doğuş keçirmiş zahıları nəzarətdə saxlamaqla patronaj xidmətini yerinə yetirməyi;
- Təxirəsalınmaz vəziyyətlərdə yardım göstərməyi;
- Zahı və ginekoloji xəstələrə qulluğu;
- Təsdiq olunmuş tibbi sənədlərin tərtib etməyi;
- Şöbəyə dərman almaq üçün imza ilə təsdiqlənmiş tələbnamə yazmağı;
- Statistik göstəriciləri hesablamağı və analiz etməyi.
Tədris olunan fənlər
- İnsanın normal anatomiya və fiziologiyası
- Farmakologiya reseptura ilə
- Mamalıq
- Ginekologiya
- Pediatriya
- Mamalıq və ginekologiyada təxirəsalınmaz yardım
- Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
- Ümumi cərrahiyyə
- Daxili xəstəliklər
- Tibb bacısının işinin əsasları və tibbi deontologiya
- Parazitologiya
- Tibbi mikrobiologiya
- İctimai sağlamlıq və gigiyena
- Tibbi genetika
- Patologiya
- Tibbi biokimya
- Sinir-ruhi xəstəlikləri
- Dermatovenerologiya
- Ailə təbabəti
- Epidemiologiya və biostatistika
- Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
- Fizioterapiya və reabilitasiya
- Yoluxucu xəstəliklər
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Azərbaycan tarixi
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Hüququn əsasları
- İnformasiya texnologiyaları
Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri
- Rəhbər: tibb məntəqəsinin müdiri
- Baş mama
- Böyük mama
- Mama
- Tibb bacısı ixtisasına aid vəzifələrdə