Tibb bacısı (qardaşı) işi şöbəsi
İxtisas: Tibb bacısı (tibb qardaşı)
Peşə-ixstisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
Təhsil növü: Əyani
İxtisas kodu: 040714
Sumqayıt Tibb Kollecində 1969-cu ildən fəaliyyət göstərir
Məzunların peşə fəaliyyəti
Tibb bacısı ( qardaşı) peşəsi bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayır. Bu peşə əmək bazarında ən sabit peşələrdən biridir və indiki dövrdə də tibb bacılarına (tibb qardaşlarına) yüksək təlabat var. Səhiyyə sistemində xidmət göstərən bütün tibb işçilərinin yarıdan çoxunu tibb bacıları təşkil edir. Tibb bacılarının (tibb qardaşlarının) səhiyyənin müxtəlif sahələri üzrə ixtisaslaşma imkanı var. Tibb bacıları (tibb qardaşları) əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi üçün müalicə-profilaktika müəssisələrində: xəstəxanalarda, klinikalarda, poliklinikalarda, sanator-kurort komplekslərində, dispanserlərdə, tibb məntəqələrində, təxirəsalınmaz və təcili tibbi yardım stansiyalarında, hospitallarda, tibb mərkəzlərində və elmi-tədqiqat institutlarında fəaliyyət göstərə bilər.
“Tibb bacısı (qardaşı) işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Tibb bacısı işinin nəzəri əsaslarını;
- Xəstəxanada şöbələrin işinin təşkilini;
- Əhaliyə tibbi xidmətin göstərilməsinin təşkilini;
- Əhalinin vaksinasiyasını və vaksinasiyanın statistik hesabatını;
- Mualicə-profilaktik işlərin və sanitar-maarifləndirmə işlərinin yerinə yetirilməsini;
- Xəstələrə qulluğun və paliativ yardımın təşkili və həyata keçirilməsini;
- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;
- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların yerinə yetirilməsini;
- Dərman preparatlarının alınması və saxlanılmasını;
- İşlənmiş materialların toplanmasını, atılmasını və utilizasiyasını;
- Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını.
Tədris olunan fənlər
- İnsanın normal anatomiya və fiziologiyası
- Tibbi bacısının işinin əsasları və tibbi deontologiya
- Daxili xəstəliklərdə tibb bacılığı
- Cərrahiyyədə tibb bacılığı
- Pediatriyada tibb bacılığı
- Mamalıq və ginekologiyada tibb bacılığı
- Ailə təbabətində tibb bacılığı
- Reanimatologiyada tibb bacılığı
- Onkologiyada tibb bacılığı
- Sinir-ruhi xəstəliklərində tibb bacılıgı
- Yoluxucu xəstəliklərdə tibb bacılığı
- Tibbi genetika
- Farmakologiya reseptura ilə
- Tibbi mikrobiologiya
- Patologiya
- Dermatovenerologiya
- Epidemiologiya və biostatistika
- Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
- Fizioterapiya və reabilitasiya
- İctimai sağlamlıq və gigiyena
- Tibbi biokimya
- İnformasiya texnologiyaları
- Azərbaycan tarixi
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Hüququn əsasları
Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri
- Rəhbər: tibb məntəqəsinin müdiri
- Baş tibb bacısı (tibb qardaşı)
- Böyük tibb bacısı (tibb qardaşı)
- Sahə tibb bacısı (tibb qardaşı)
- Tibb bacısı (tibb qardaşı)
- Çağırış üzrə tibb bacısı (qardaşı)
- Tibb qeydiyyatçısı
- Əməliyyat otağı tibb bacısı (qardaşı)
- Anestezist (tibb bacısı, tibb qardaşı)
- Rentgen-texnik
- Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı
- Əmək terapiyası üzrə təlimatçı
- Pəhriz üzrə tibb bacısı (tibb qardaşı)
- Tibbi statistik
- Masaj üzrə tibb bacısı (tibb qardaşı)