- Ümumi müddəalar
1.1. Orta ixtisas təhsilinin 040711 “Ortopedik stomatologiya” ixtisası üzrə Təhsil proqramı “ Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcədə “ Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) sənədinə və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” na uyğun hazırlanmışdır.
1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
- İxtisas üzrə məzunun kompetensiyalarının, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsüllarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
- Tələbələri və işə götürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcədə təlim nəticələri barədə məlumatlandırmaq ;
- Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsil müəssisələri üçün məcburidir.
1.4. Tələbələnin (xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır ( ümumi təhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 % -dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.
- Məzunun kompetensiyaları
2.1.Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir;
- “Ortopedik stomatologiya” ixtisası üzrə subbakalavr elmi-tədqiqat institutlarında stomatoloji poliklinikalarda, kabinetlərdən və tibb müəssisələrində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır olmaq bacarığına;
- Öz ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona dabamlı maraq göstərməli;
- İxtisas üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
- İxtisas üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
- Azərbaycan Dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları, müasir dünyadakı yerinə, roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətinə;
- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarığına;
- Məsələlərin həlli üçün əlavə məlumat resurslarını sərbəst tətbiq etmək, seçə bilmək bacarığına;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına;
- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti, özünü yenidən qiymətləndirmək, özünü tənqid bacarığına.
2.2 040711 “Ortopedik stomatologiya” ixtisası üzrə məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- “Ortopedik stomatologiya” ixtisası üzrə subbakalavr öz sahəsinə aid anlayışları və əsas məlumatları bilmək, bu məlumatları təhlil etmək bacarığına;
- Diş texniki sahəsinin tələblərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarından və proqramlarından (Excell, Word,Power Point, Photoshop, SPSS, Stata və s.) istifadə edə bilmək bacarığına;
- Öz peşə fəaliyyətini təşkil etmək, vəzifə borcunun yerinə yetirilməsi üçün müxtəlif üsulları seçmək və onları qiymətləndirmək bacarığına;
- Öz ixtisasının mahiyyətini və social mənasını bilməli, ona davamlı maraq göstərmək, peşəsinə dair biliklərin artırılması və şəxsiyyət kimi, formalaşması üçün bu məsələlərə aid məlumatları əldə etməli və onlardan səriştəli istifadə etmək bacarığına;
- İxtisas səviyyəsini daima artırmaq, müxtəlif ölkələrin texnikləri ilə təcrübə mübadiləsi aparmaq bacarığına;
- İşin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürmək bacarığına;
- Peşə vəzifələrini əxlaqi normalara və xidməti etikaya uygun yerinə yetirmək bacarığına;
- İş yoldaşları ilə mədəni davranış bacarığına; peşə fəaliyyəti ilə bağlı digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq bacarığın;
- Hüquqi biliklər və etik normalara malik olmaq bacarığına;
- Sərbəst düşünmək müstəqil qərar qəbul etmək bacarığına;
- Peşə fəaliyyətində təşkilatçılıq bacarığına;
- Peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi qaydalarına sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına;
- Ortopedik stomatologiyada istifadə olunan materialların xassələrini öyrənmək bacarığlnı;
- Stomatoloji müəssisələrin diş texniki laboratoriyalarında işləmək bacarığını;
- Diş texnikliyinion laboratoriyalarında peşə zərərlərinin aradan qaldırılması, əməyin təşkilinin müasir üsullarla həll etmək bacarığına;
- Alətlərlə və avadanlıqlarla qulluğun qaydalarını, o cümlədən qüksək qiymətli ərintilərin, materiallarin alınması, diş protezlərinin hazırlama bacarığına;
- Çıxan protezlərin hazırlanma bacarığına;
- Çıxmayan protezlərin hazırlanma(farfor, metal-keramika, metalsız keramika və ən müasir qapaqların stiftlərin və s.) bacarığına;
- Bügel protezlərin hazırlanma bacarığına;
- Ortodontik aparatların hazırlanma bacarığına;
- Üz-çənə protezlərin hazırlanma bacarığına;
- Fövqaladə hallarda ilk tibbi yardım göstərmək bacarığına;
- Fəaliyyətini peşəkar standartlara və təcrübələrə uyğun həyata keçirmək bacarığına;
- Təhsil Proqramının strukturu
- 040711 “Ortopedik stomatologiya” ixtisası üzrə Təhsil Proqramı 180 (3 il) AKTS kreditindən ibarət olmalıdır.
3 . Tədris və öyrənmə.
3.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramının ikinci bəndində nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər
3.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə ( məsələn: müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə( məsələn: kollecin veb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.
3.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
3.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar.
- təqdimatlar;
- müzakirələr;
- debatlar;
- müstəqil iş;
- sahə işləri;
- rollu oyunlar;
- hesabatlar;
- simulyasiya və s.
Aşağıdakı formalarda keçirilə bilər.
- mühazirə (o cümlədən audio və video) və seminarlar (o cümlədən distant);
- praktik məşğələlər;
- laborator məşğələlər və s.
3.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gucləndirilməsinə yetirilməlidir.
3.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.
- Qiymətləndirmə.
4.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölcülə bilsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarinin nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
4.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn:fən proqramında,sillabusda və s.) təsvir edilməli və hamı ücün açıq olmalıdır (məsələn:təhsil müəssisəsinin veb səhifəsində,proqramın broşürlərində və s.).
4.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisənin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
4.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanın və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
– yazılı tapşırıqlar;
– bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
– şifahi təqdimatlar;
– sorğular;
– açıq müzakirələr;
– praktika hesabatları;
– praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
– portfolionun qiymətləndirilməsi;
– frontal sorğu;
– qrup şəklində və özünü qiymətləndirmə və s.
Sadalanan üsullar fənnin spesifikasından asılı olaraq seçilə və ya dəyişdirilə bilər.
4.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq, qabiliyyət səviyyəsinin düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq,qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.
4.6. Tələbələrə müəllimlərlə ,qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
4.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələr akademik dürüstlüyə riayət etmək, plagiat problemini anlamaq öyrədilməlidir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar
- 5. Proqramın və hər bir fənnin təlim nəticələri.
5.1.Təhsil proqramının təlim nəticələri, eləcədə hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və bir fənnin silabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin akademik heyətin səlahiyyətindədir. Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının təlim nəticələrinə əlavələr edə bilər.
5.2. Təlim nəticələri hər bir orta ixtisas təhsili müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
5.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədi ilə fənlərin sillabusları hər semestr yenilənməlidir.
- İnfrastruktur və kadr potensialı.
6.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
040711 “Ortopedik stomatologiya” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə (sensor lövhələr, proyektorlar, kompüterlər) təchiz olunmuş auditoriyalar, mühazirə zalları, simulyativ mulyajlarlarla təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkələr, internet, məlumat bazaları, elektron kitabxanalarına çıxışı təmin edilməlidir.
6.2. Orta ixtisas müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur.Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn peşəkarlar da tədrisə cəlb oluna bilər.
- Təcrübə.
7.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından vacibdir.
7.2 Təcrübə stomatoloji poliklinikalarda, kabinetlərdə və s. təşkil oluna bilər.
7.3. Təcrübədən əvvəl orta ixtisas təhsil müəssisəsi və təcrübə təşkil olunacaq müəssisə, stomatoloji poliklinika və ya kabinetlə müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər özəl müəssisələrdə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbənin hüquq və öhdəlikləri, digər zəruri təfərrüatlar əks olunur.
7.4.Təcrübənin qiymətləndirilməsi: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və Təhsil Nazirliyinin əsasnamələri , digər hüquqi normativ sənədlər əsasında aparılır.
- Məşğulluq və ömür boyu təhsil
8.1. 040711 “Ortopedik stomatologiya” ixtisası üzrə subbakalavr elmi-tədqiqat institutlarında, stomatoloji poliklinikalarda, kabinetlərdə və tibb müəssisələrində çalışa bilər.
8.2. Orta ixtisas təhsil müəssisəsi Təhsil proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcədə vakant iş yerlərinə və məzunlarının işlə təmin olunma göstəricilərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidir.
8.3. Subbakalavr proqramının məzunları təhsillərini bakalavriat səviyyəsində davam etdirə bilərlər. İxtisas uyğunluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “ Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas ( baza ali ) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli” nə müvafiq aparılır
8.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.