
Kitabxana
Ümumi Məlumat
Sumqayıt Tibb Kollecində zəngin kitabxana fəaliyyət göstərir. Oxu zalı fasiləsiz internetə qoşulmuş komputerlərlə təmin edilmişdir. Kitab fondu mütəmadi olaraq müasir tibbi , bədii ədəbiyyat və dərsliklərlə zənginləşdirilir.Tədris edilən fənlərin daha yaxşı mənimsənilməsi və biliklərin əlavə olaraq möhkəmləndirilməsi məqsədi ilə kitabxana tələbələrin mütaliəsinin təşkil edilməsində əsas rol oynayır.
İxtisas üzrə elektron dərs vəsaitlər
Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin kitabxanasında “2023 Heydər Əliyev İLİ” ilə əlaqədar tədbirlər planı çərçivəsində “Sən elə bir zirvəsən” adlı kitab sərgisi açılıb.
Sərginin açılışında kollecin direktoru Rəfayıl Eyvazov: Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, dövlətimizin qurulması və güclənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətindən danışdı.
Sərgidə Ümummilli Liderin və akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, fəaliyyəti, müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib.

Kollecimizin müəllimləri tərəfindən tibb kollecinin tələbələri üçün yazılan dərs vəsaiti
