“Orta tibb işçilərinin və əczaçıların diplomdan sonrakı təhsili üzrə təkmilləşdirmə” şöbəsi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin nəzdində 2010-cu ildən fəaliyyət göstərir.
Təkmilləşdirmə kurslarının məqsədi hər bir mütəxəssisin ixtisası üzrə peşə hazırlığının yüksəldilməsinə, formalaşdırılmasına, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, müasir peşə vərdişlərinin qazanılmasına xidmət edir.
Təkmilləşdirmə şöbəsində müxtəlif ixtisaslar üzrə ümumi təkmilləşdirmə, tematik və peşə hazırlığı kursları həyata keçirilir. Kurslara Səhiyyə Nazirlyinin və təhsisatlı tibb idarələrinin tabeçiliyində olan, özəl səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri, eyni zamanda tibb kolleclərini bitirib uzun illər çalışmayan məzunlar müraciət edə bilərlər.
Ümumi və tematik kursların tarixi, müddəti və qəbul planı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi təqvim planına uyğun təşkil olunur. İl ərzində müxtəlif ixtisaslar üzrə əlavə kursların keçirilmə zəruriyyəti yaranarsa, Səhiyyə Nazirliyinin icazəsi əsasında bu kursların təşkili də həyata keçirilir.
Müdavimlərin kurslara qəbulu Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş elektron əmr əsasında aparılır. Müraciət etmiş hər bir müdavimin diplomları tərəfimizdən yoxlanılaraq qəbul edilir. Kurslar ödənişsiz və ödənişli əsaslarla həyata keçirilir.
Təkmilləşdirmə şöbəsində aşağıda adları qeyd olunan ixtisaslar üzrə kurslar təşkil olunur:
- Tibb bacısı
- Mamalıq
- Sanitar feldşer
- Əczaçılıq
- Ortopedik stomatoloqiya
Tematik kurslar:
- Yoluxucu xəstəliklər şöbələrinin tibb bacıları;
- Yenidoğulmuşlara qulluq;
- Təcili və təxirəsalınmaz yardım;
- Ağciyərlərin süni ventilyasiya (ASV) aparatına qoşulan xəstələrə qulluq;
- Fizioterapiya və tibbi reabilitasiya;
- Təlimatçı dezinfektorlar üçün;
- Tibbi avadanlıqların işləmə qaydaları (Rentgen aparatları);
- Diyetologiya;
- Dayaq-hərəkət aparatının travmalarından və əməliyyatlarından sonrakı reabilitasiya;
- Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal proqressiv modeli;
- Xəstələrin əməliyyata hazırlanması və əməliyyatdan sonrakı dövrdə qulluq;
- Onkoloji xəstələr qulluq;
- Avtoklavlaşma və tibbi alətlərin sterilizasiyası;
- Təhsil müəssisələrində tibbi xidmət;
- İmmunlaşdırma;
- Tibbi masaj;
- Tibbi avadanlıqların işləmə qaydaları (MRT, KT, USM və digər aparatlarla);
- Sarğıların və şinlərin qoyulması texnikası;
- Ürək-damar əməliyyatından sonrakı xəstələrə qulluq və Elektrokardioqrafiya;
- Şəkərli diabeti olan xəstələrə qulluq;
- Psixiatriya şöbə və kabinetlərinin tibb bacıları üçün;
- Müalicəvi bədən tərbiyəsi;
- Baş və böyük tibb bacılarının işinin təşkili;
- Sağlamlaşdırıcı masaj.
Təkmilləşdirmə şöbəsində dərslər kollecin pedoqoji şurasında müzakirə olunmuş və təsdiq edilmiş proqramlar əsasında aparılır. Pedaqoji şurada şöbədə il ərzində görülən işlərin hesabatı dinlənilir.
Məlumdur ki, təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir edən ən mühüm amillərdən biri tədrisin səmərəli təşkilidir. Dərslərin təkmilləşdirilməsi, yenilənməsi, müasir təlim metodlarının tətbiqi, yeni texnologiyaların tədrisə gətirilməsi sahələrində innovativ yanaşmalar, təşəbbüslər tədrisin əsas məqsədini təşkil edir. Bu istiqamətdə son illərin ən mühüm yeniliyi isə, tədrisdə müasir, fəal, interaktiv dərslərin tətbiqidir. Müəllimlər tədris prosesində müasir-interaktiv dərslərdən geniş istifadə edir.
Kursun sonunda müdavimlər şəhadətnamə ilə təmin olunurlar.
Dövlət və özəl tibb müəssisələrindən müraciət edən müdavimlər üçün:
- Şəxsiyyət vəsiqəsi və surəti;
- Diplom və surəti;
- Əmək kitabçasının surəti (müəssisə rəhbəri tərəfindən təsdiq olunmuş);
- Sertifikasiya şəhadətnaməsinin surəti (Sertifikasiya imtahanında iştirak edibsə).
Sertifikasiya imtahanından az bal toplayan müdavimlər üçün:
- Diplomun surəti:
- Şəxsiyyət vəsiqəsinin surəti;
Peşə hazırlığı kursu keçmək üçün müraciət edən müdavimlərə:
- Şəxsiyyət vəsiqəsi və 2 surəti;
- Diplom və 2 surəti;
- Nigah haqqında şəhadətnamənin 2 surəti (əgər soyadda dəyişiklik olarsa);
- Əmək kitabçasının 2 surəti (son 5 ildə tibb müəssisəsində orta tibb işçisi kimi çalışıbsa)
Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci
Ünvan: Sumqayıt şəhəri, AZ 5000
H.Əliyev prospekti 17
[email protected]
[email protected]
Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə ərazi üzrə təhkim olunma:
Sumqayıt,Siyəzən,Şabran,Xızı,Qubadlı,Qusar,Quba,Xaçmaz
“Müalicə işi” və “Tibb bacısı” ixtsası üzrə
| Kursun adı | Növü | Müddəti | Hədəf auditoriya | Keçirilmə tarixi | Qrupların və 1 qrupda müdavimlərin sayı | ||||
1 | Tibb bacısı ( tibb qardaşı) işi | ÜT | 3 həftə | Tibb bacısı, feldşer | 08.09.2023-04.10.2023 | 3 qrup (20-25 nəfər) | ||||
2 | Təlimatçı dezinfektorların işi | ÜT | 5 gün | Təlimatçı dezinfektorlar | 12.10.2023-19.10.2023 | Müdavim sayına uyuğun (4-5 nəfər) | ||||
3 | İnfeksiyaya nəzarət və profilaktikanın təşkili zamanı tibb bacısının əsas fəaliyyəti | ÜT | 5 gün | Yoluxucu xəstəliklər şöbələrinin tibb bacısı | 10.11.2023-17.11.2023 | Müdavim sayına uyuğun (4-5 nəfər) | ||||
4 | Yenidoğulmuşlara qulluq | TM |
| Tibb bacısı, feldşer | 12.10.2023-26.10.2023 | 1 qrup (8-10 nəfər) | ||||
5 | Təcili və təxirəsalınmaz tibbi yardım | TM | 5 gün | Tibb bacısı, feldşer və mama | 12.10.2023-19.10-2023 | Müdavim sayına uyuğun ( 4-5 nəfər) | ||||
6 | Ağciyərlərin ventilyasiyası(ASV) aparatına qoşulan xəstələrə qulluq | TM | 5 gün | Tibb bacısı, feldşer və mama | 12.10.2023-19.10.2023 | Müdavimsayına uyuğun ( 4-5 nəfər) | ||||
7 | Avtoklavlaşmavə tibb alətlərin sterilizasiyası | TM | 5 gün | Tibb bacısı, feldşer və mama | 12.10.2024-19.10.2023 | Müdavim sayına uyuğun ( 4-5 nəfər) | ||||
8 | Hamilə qadınlara və ərkən yaşlı uşaqlara patronaj xidmətinin universal proqressiv modeli | TM | 5 gün | Tibb bacısı, feldşer | 12.10.2023-19.10.2023 | Müdavim sayına uyuğun ( 4-5 nəfər) |
| |||
9 | Xəstənin əməliyyata hazırlanması və əməliyyatdan sonrakı dövrdə qulluq | TM | 5 gün | Tibb bacısı, feldşer | 10.11.2023-17.11.2023 | Müdavim sayına uyuğun ( 4-5 nəfər) |
| |||
10 | Sarğıların və şinlərin qoyulmasının texnikası | TM | 5 gün | Tibb bacısı, feldşer | 08.12.2023-15.12.2023 | Müdavim sayına uyuğun ( 4-5 nəfər) |
| |||
11 | Dayaq-hərəkət sisteminin travmalarından və əməliyyatlarından sonrakı reabilitasiya | TM | 5 gün | Fizioterapiya şöbə və kabinetlərin tibb bacısı | 08.12.2023-15.12.2023 | Müdavim sayına uyuğun ( 4-5 nəfər) |
| |||
“Mamalıq işi” ixtsası üzrə
| Kursun adı | Növü | Müddəti | Hədəf auditoriya | Keçirilmə tarixi | Qrupların və 1 qrupda müdavimlərin sayı |
1 | Mamalıq işi | ÜM | 3 həftə | mama | 08.09.2023-04.10.2023 01.11.2023-27.11.2023 29.11.2023-25.12.2023 31.01.2024-26.02.2024 27.02.2024-18.03.2024 (6 günlük iş rejimi) 27.03.2024-17.04.2024 (6 günlük iş rejimi) 15.05.2024-10.06.2024 11.06.2024-05.07.2024 | 1 qrup (20-25 nəfər) |
2 | Antenatal xidmət | TM | 5 gün | mama | 12.10.2023-19.10.2023 08.12.2023-15.12.2023 03.04.2024-09.04.2024 | Müdavim sayına uyuğun (4-5 nəfər) |
“Tibbi profilaktika” ixtsası üzrə
| Kursun adı | Növü | Müddəti | Hədəf auditoriya | Keçirilmə tarixi | Qrupların və 1 qrupda müdavimlərin sayı |
1 | Sanitar-feldşerin işi | ÜT | 3 həftə | Sanitar-felşer | 05.10.2023-31.10.2023 27.03.2024-17.04.2024 (6 günlük iş rejimi) | 1 qrup (15-20 nəfər) |
“Əczaçılıq” ixtsası üzrə
| Kursun adı | Növü | Müddəti | Hədəf auditoriya | Keçirilmə tarixi | Qrupların və 1 qrupda müdavimlərin sayı |
1 | Əczaçılıq işi | ÜT | 3 həftə | Əczaçı | 05.10.2023-31.10.2023 27.03.2024-17.04.2024 | 1 qrup(10-15 nəfər) |
“Diş texniki” ixtsası üzrə
| Kursun adı | Növü | Müddəti | Hədəf auditoriya | Keçirilmə tarixi | Qrupların və 1 qrupda müdavimlərin sayı |
1 | Diş texnikinin işi | ÜT | 3 həftə | Diş texniki | 01.11.2023-27.11.2023 | 1 qrup (10-15 nəfər) |