Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Son illərdə isə ittifaqın verdiyi imkanlar çərçivəsində TGT-nin bilavasitə təşkilatçılığı ilə bir çox layihələr həyata keçirilmişdir. Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin TGT-sinin nəzdində musiqi, intelektual oyun, sağlamlıq, vətənpərvərlik və s. qrupları fəaliyyət göstərir. TGT tələbələri “Xocalıya ədalət” beynəlxalq təbliğat – təşviqat kompaniyası fləşmobunda, “ECO-FEST” adlı ekoloji festival, “Vətənpərvərlik”, “Con GRADS 2023” məzun şənliyi tədbirlərində iştirak ediblər.
Tələbə Gənclər Təşkilatının fəal üzvləri işlərində göstərdiyi səmərəli fəaliyyətinə görə müxtəlif fəxri fərmanlar və təşəkkürnamələrə layiq görülmüşdür. Sumqayıt Tibb Kollecinin TGT strukturuna 300 nəfər cəlb edilmişdir.
Təşkilatın aşağıdakı vəzifələri var:
- tələbələr arasında maarifləndirmə işinin aparılması;
- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
- tələbələrin hüquqlarının təmin edilməsi;
- tələbələrin arasında narkomaniya, alkoqolizm ,cinayətkarlıq və digər neqativ meyillərə qarşı proflaktik tədbirlərin həyata keçirilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, toplantıların , sərgilərin , aksiyaların , dəyirmi masaların , təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya , klublarının müzakirələrin , görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi ,sosial -iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə instaqram səhifəsində paylaşılması;
- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün, kollecin orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi qarşısına vəsatətin qaldırılması və.s.