Kollecin rəhbərliyi və müəllim heyəti hər zaman çalışır ki, tələbələr ən yüksək təhsil və etik davranış qaydalarına yiyələnməklə yanaşı, bir vətəndaş, şəxsiyyət kimi yüksək vətənpərvərlik ruhunda formalaşsınlar. Tələbələrə milli-mənəvi dəyərləri qoruyub saxlamaq şərtilə humanizm, insanpərvərlik, əxlaqi saflıq, şəfqət, mənəvi kamillik, əməyə sevgi, öz peşəsini sevmək, məsuliyyətli olmaq kimi hissləri aşılamaq qarşımızda duran ən öndə vəzifələrdən biridir.

Tələbələrin tərbiyə işində qarşımıza qoyduğumuz əsas məsələlər bunlardır:

  • hər bir tələbənin şəxsiyyət və əsl vətəndaş kimi formalaşmasına dəstək olmaq;
  • gənc nəsli tarixi köklərə bağlı olan vətənpərvərlik və müstəqil Dövlətimizin ideya və siyasi xəttinin dəstəklənməsi ruhunda tərbiyə etmək;
  • gənclərə torpağa məhəbbət, humanizim ideyalarını aşılamaq;
  • gələcək  mütəxəssislərin siyasi savadının artırılmasına çalışmaq;
  • gənclərə cəmiyyətin ictimai-siyasi həyatında baş verən dəyişikliklər , siyasi və sosial münaqişələrin mahiyyəti barədə məlumat vermək;
  • gənclər arasında təşviqat və təbliğat işlərini gücləndirmək;
  • tələbələrin demokratik ruhda sərbəst fikir söyləmələri üçün şərait yaratmaq;
  • gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş tədbirlər görmək.