Metodik kabinetin vəzifələri:
- tədris-metodik kabinet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orta tibb təhsili müəssisələri üçün tədris planları, fənn proqramları, tədris-metodik ədəbiyyatın hazırlanmasını, tədrisin metodikasını təşkil edir. Respublikanın tibb təhsili müəssisələrində tədris-metodik işi koordinasiya edir və onu istiqamətləndirir;
- tələbələrin bilik səviyyəsini artırmaq üçün təhsilin bütün mərhələlərində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə müvafiq təkliflər hazırlayır;
- qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir;
- kollecdə çalışan müəllimlərin təkmilləşdirilməsi məqsədilə sistematik olaraq kurslara göndərilmələrini təşkil edir;
- kollecdə seminar-məşğələlər, elmi-təcrübi konfranslar, tələbələr arasında kolleclərarası və kollecdaxili bilik olimpiadalarının keçirilməsini təşkil edir.
Metodik kabinetdə görülən işlər:
- Yeni dərs ili üçün kabinetlərə, laboratoriyalara baxış keçirilir və onların tam hazır vəziyyətə gətirilməsinə nəzarət edilir;
- Fənn birləşmə komissiyalarının, kabinet və laboratoriya müdirlərinin iş planları və hesabatlarının müzakirəsi aparılır, təhlil olunur, tövsiyyələr verilir;
- Fənn birləşmə komissiyaları tərəfindən hazırlanan mövzu-təqvim planları müzakirə olunuraq təsdiqlənir və müəllimlərə təqdim olunur;
- Kollecin metodisti müəllimlərin pedaqoji fəaliyyətinə və yeniliklərin tədris prosesində tətbiq olunmasına nəzarət edir;
- Kollecin kitabxanası hər il yenilənir, mövzulara aid prezentasiyalar hazırlanır;
- Fənn birləşmə komissiyalarının iclaslarında klinik protokolların müzakirəsi aparılır;
- Tədrisə aid aktual məsələlər metodik iclaslarda müzakirə olunur;
- Hər il cədvəl üzrə nəzərdə tutulmuş elmi-təcrübi konfranslar, seminarlar, olimpiadalar və bilik yarışmalarının keçirilməsi təşkil olunur;
- Kollecin instaqram səhifəsində mütəmadi olaraq tibbi mövzulara aid maraqlı məlumatlar verilir.
Kollecin müəllimləri tərəfindən dərs vəsaitləri hazırlanmış müəllim və tələbələrin istifadəsinə verilmişdir.
Kollecin müəllimləri tərəfindən hazırlanmış dərs vəsaiti:
Eyvazov R.Q., Hacıyeva M.C. Anatomiya,fiziologiya, patologiya
Tibb məktəbi tələbələri üçün dərslik. — Bakı: Təknur, 2004. — 488 s. — 125 şəkilli