Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinə - əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, əmək intizamının daha da möhkəmləndirilməsi, ehtiyacı olan insanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, iş və istirahət günlərinin tənzimlənməsi və təşkil edilməsi kimi vəzifələr daxildir ki, onları komitə ləyaqətlə yerinə yetirməyə çalışır.
Bu gün STK Həmkarlar İttifaqı Komistəsi üzvlərinin sayı 140-a yaxındır. HİK-in İdarə Heyətinə 8 nəfər daxildir. Həmkarlar ittifaqı təşkilatının ali orqanı SSİHT-nin yığıncağıdır. Həmkarlar İttifaqı yığıncağı, konfransı HİK-in müvafiq üzvləri və sədri seçir. HİK icra orqanıdır və Komitənin bütün cari işinə rəhbərlik edir, eyni zamanda Komitənin təftiş komissiyası büro tərəfindən seçilir. Bu komissiya kollecdə işlərin gedişatının təşkilinə əməl olunmasını, əməkdaşların təkliflərinə, ərizələrinə və şikayətlərinə baxılması işinin və HİK-in büdcəsinin düzgün icrasını təftiş edir.