“Orta tibb işçilərinin və əczaçıların diplomdan sonrakı təhsili üzrə təkmilləşdirmə” şöbəsi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin nəzdində 2010-cu ildən fəaliyyət göstərir.

Təkmilləşdirmə kurslarının məqsədi hər bir mütəxəssisin ixtisası üzrə peşə hazırlığının yüksəldilməsinə, formalaşdırılmasına, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, müasir peşə vərdişlərinin qazanılmasına xidmət edir.

Təkmilləşdirmə şöbəsində müxtəlif ixtisaslar üzrə ümumi təkmilləşdirmə, tematik və peşə hazırlığı kursları həyata keçirilir. Kurslara Səhiyyə Nazirlyinin və təhsisatlı tibb idarələrinin tabeçiliyində olan, özəl səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri, eyni zamanda tibb kolleclərini bitirib uzun illər çalışmayan məzunlar müraciət edə bilərlər.  

Ümumi və tematik kursların tarixi, müddəti və qəbul planı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi təqvim planına uyğun təşkil olunur. İl ərzində müxtəlif ixtisaslar üzrə əlavə kursların keçirilmə zəruriyyəti yaranarsa, Səhiyyə Nazirliyinin icazəsi əsasında bu kursların təşkili də həyata keçirilir.

Müdavimlərin kurslara qəbulu Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş elektron əmr əsasında aparılır. Müraciət etmiş hər bir müdavimin diplomları tərəfimizdən yoxlanılaraq qəbul edilir.  Kurslar ödənişsiz və ödənişli əsaslarla həyata keçirilir.   

Təkmilləşdirmə şöbəsində aşağıda adları qeyd olunan ixtisaslar üzrə kurslar təşkil olunur:

  • Tibb bacısı
  • Mamalıq
  • Sanitar feldşer
  • Əczaçılıq
  • Ortopedik stomatoloqiya

Tematik kurslar:

  • Yoluxucu xəstəliklər şöbələrinin tibb bacıları;
  • Yenidoğulmuşlara qulluq;
  • Təcili və təxirəsalınmaz yardım;
  • Ağciyərlərin süni ventilyasiya (ASV) aparatına qoşulan xəstələrə qulluq;
  • Fizioterapiya və tibbi reabilitasiya;
  • Təlimatçı dezinfektorlar üçün;
  • Tibbi avadanlıqların işləmə qaydaları (Rentgen aparatları);
  • Diyetologiya;
  • Dayaq-hərəkət aparatının travmalarından və əməliyyatlarından sonrakı reabilitasiya;
  • Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal proqressiv modeli;
  • Xəstələrin əməliyyata hazırlanması və əməliyyatdan sonrakı dövrdə qulluq;
  • Onkoloji xəstələr qulluq;
  • Avtoklavlaşma və tibbi alətlərin sterilizasiyası;
  • Təhsil müəssisələrində tibbi xidmət;
  • İmmunlaşdırma;
  • Tibbi masaj;
  • Tibbi avadanlıqların işləmə qaydaları (MRT, KT, USM və digər aparatlarla);
  • Sarğıların və şinlərin qoyulması texnikası;
  • Ürək-damar əməliyyatından sonrakı xəstələrə qulluq və Elektrokardioqrafiya;
  • Şəkərli diabeti olan xəstələrə qulluq;
  • Psixiatriya şöbə və kabinetlərinin tibb bacıları üçün;
  • Müalicəvi bədən tərbiyəsi;
  • Baş və böyük tibb bacılarının işinin təşkili;
  • Sağlamlaşdırıcı masaj.

Təkmilləşdirmə şöbəsində dərslər kollecin pedoqoji şurasında müzakirə olunmuş və təsdiq edilmiş proqramlar əsasında aparılır. Pedaqoji şurada şöbədə il ərzində görülən işlərin hesabatı dinlənilir.   

Məlumdur ki, təhsilin keyfiyyətinin yüksəldilməsinə  təsir edən ən mühüm amillərdən biri tədrisin səmərəli təşkilidir. Dərslərin təkmilləşdirilməsi, yenilənməsi, müasir təlim metodlarının tətbiqi, yeni texnologiyaların tədrisə gətirilməsi sahələrində  innovativ yanaşmalar, təşəbbüslər  tədrisin əsas məqsədini təşkil edir.  Bu istiqamətdə son illərin ən mühüm yeniliyi isə, tədrisdə  müasir, fəal, interaktiv dərslərin tətbiqidir. Müəllimlər tədris prosesində müasir-interaktiv dərslərdən geniş istifadə edir.

Kursun sonunda müdavimlər şəhadətnamə ilə təmin olunurlar.

Dövlət və özəl tibb müəssisələrindən müraciət edən müdavimlər üçün:

  • Şəxsiyyət vəsiqəsi və surəti;
  • Diplom və surəti;
  • Əmək kitabçasının surəti (müəssisə rəhbəri tərəfindən təsdiq olunmuş);
  • Sertifikasiya şəhadətnaməsinin surəti (Sertifikasiya imtahanında iştirak edibsə).

 

Sertifikasiya imtahanından az bal toplayan müdavimlər üçün:

  • Diplomun surəti:
  • Şəxsiyyət vəsiqəsinin surəti;

 

Peşə hazırlığı kursu keçmək üçün müraciət edən müdavimlərə:

  • Şəxsiyyət vəsiqəsi və 2 surəti;
  • Diplom və 2 surəti;
  • Nigah haqqında şəhadətnamənin 2 surəti (əgər soyadda dəyişiklik olarsa);
  • Əmək kitabçasının 2 surəti (son 5 ildə tibb müəssisəsində orta tibb işçisi kimi çalışıbsa)

Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci

Ünvan: Sumqayıt şəhəri, AZ 5000
H.Əliyev prospekti 17
[email protected]
[email protected]

Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə ərazi üzrə təhkim olunma:
 Sumqayıt,Siyəzən,Şabran,Xızı,Qubadlı,Qusar,Quba,Xaçmaz

“Müalicə işi” və  “Tibb bacısı” ixtsası üzrə



Kursun adı

Növü

Müddəti

Hədəf auditoriya
(vəzifə üzrə)

Keçirilmə tarixi

Qrupların və 1 qrupda müdavimlərin sayı

1

Tibb bacısı                      ( tibb qardaşı)  işi

ÜT

3 həftə

Tibb bacısı, feldşer

08.09.2023-04.10.2023
05.10.2023-31.10.2023
01.11.2023-27.11.2023
29.11.2023-25.12.2023
04.01.2024-30.01.2024
31.01.2024-26.02.2024
27.02.2024-18.03.2024
(6 günlük iş rejimi)
27.03.2024-17.04.2024
(6 günlük iş rejimi)
18.04.2024-14.05.2024
15.05.2024-10.06.2024
11.06.2024-05.05.2024

3 qrup       (20-25 nəfər)

2

Təlimatçı dezinfektorların işi

ÜT

5 gün

Təlimatçı dezinfektorlar

12.10.2023-19.10.2023
26.04.2024-02.05.2024

Müdavim sayına uyuğun       (4-5 nəfər)

3

İnfeksiyaya nəzarət və profilaktikanın təşkili zamanı tibb bacısının əsas fəaliyyəti

ÜT

5 gün

Yoluxucu xəstəliklər şöbələrinin  tibb bacısı

10.11.2023-17.11.2023
07.02.2024-14.02.2024
03.04.2024-09.04.2024

Müdavim sayına uyuğun       (4-5 nəfər)

4

Yenidoğulmuşlara qulluq

TM

 

Tibb bacısı, feldşer

12.10.2023-26.10.2023
20.05.2024-03.06.2024

1 qrup        (8-10 nəfər)

5

Təcili və təxirəsalınmaz tibbi yardım

TM

5 gün

Tibb bacısı, feldşer və mama

12.10.2023-19.10-2023
11.01.2024-18.01.2024

Müdavim sayına uyuğun          ( 4-5 nəfər)

6

Ağciyərlərin ventilyasiyası(ASV) aparatına qoşulan xəstələrə qulluq

TM

5 gün

Tibb bacısı, feldşer və mama

12.10.2023-19.10.2023
07.02.2024-14.02.2024

Müdavimsayına uyuğun     ( 4-5 nəfər)

7

Avtoklavlaşmavə tibb alətlərin sterilizasiyası

TM

5 gün

Tibb bacısı, feldşer və mama

12.10.2024-19.10.2023
11.01.2024-18.01.2024

Müdavim sayına uyuğun          ( 4-5 nəfər)

8

Hamilə qadınlara və ərkən yaşlı uşaqlara patronaj xidmətinin universal proqressiv  modeli

TM

5 gün

Tibb bacısı, feldşer

12.10.2023-19.10.2023
07.02.2024-14.02.2024

Müdavim sayına  uyuğun          ( 4-5 nəfər)

 

9

Xəstənin əməliyyata hazırlanması və əməliyyatdan sonrakı dövrdə qulluq

TM

5 gün

Tibb bacısı, feldşer

10.11.2023-17.11.2023
07.02.2024-14.02.2024
20.05.2024-27.05.2024

Müdavim sayına uyuğun          ( 4-5 nəfər)

 

10

Sarğıların və şinlərin qoyulmasının texnikası

TM

5 gün

Tibb bacısı, feldşer

08.12.2023-15.12.2023
07.02.2024-14.02.2024

Müdavim sayına uyuğun          ( 4-5 nəfər)

 

11

Dayaq-hərəkət sisteminin travmalarından və əməliyyatlarından sonrakı reabilitasiya

TM

5 gün

Fizioterapiya şöbə və kabinetlərin tibb bacısı

08.12.2023-15.12.2023
07.02.2024-14.02.2024
03.04.2024-09.04.2024

 Müdavim  sayına uyuğun          ( 4-5 nəfər)

 

           

       



   
  
“Mamalıq işi” ixtsası üzrə



Kursun adı

Növü

Müddəti

Hədəf auditoriya
(vəzifə üzrə)

Keçirilmə tarixi

Qrupların və 1 qrupda müdavimlərin sayı

1

Mamalıq işi

ÜM

3 həftə

mama

08.09.2023-04.10.2023
05.10.2023-31.10.2023

01.11.2023-27.11.2023

29.11.2023-25.12.2023

31.01.2024-26.02.2024

27.02.2024-18.03.2024

(6 günlük iş rejimi)

27.03.2024-17.04.2024

(6 günlük iş rejimi)

15.05.2024-10.06.2024

11.06.2024-05.07.2024

1 qrup (20-25 nəfər)

2

Antenatal xidmət

TM

5 gün

mama

12.10.2023-19.10.2023

08.12.2023-15.12.2023

03.04.2024-09.04.2024

Müdavim sayına uyuğun (4-5 nəfər)


 
“Tibbi profilaktika” ixtsası üzrə



Kursun adı

Növü

Müddəti

Hədəf auditoriya
(vəzifə üzrə)

Keçirilmə tarixi

Qrupların və 1 qrupda müdavimlərin sayı

1

Sanitar-feldşerin işi

ÜT

3 həftə

Sanitar-felşer

05.10.2023-31.10.2023

27.03.2024-17.04.2024

(6 günlük iş rejimi)

1 qrup (15-20 nəfər)




“Əczaçılıq” ixtsası üzrə



Kursun adı

Növü

Müddəti

Hədəf auditoriya
(vəzifə üzrə)

Keçirilmə tarixi

Qrupların və 1 qrupda müdavimlərin sayı

1

Əczaçılıq işi

ÜT

3 həftə

Əczaçı

05.10.2023-31.10.2023

27.03.2024-17.04.2024

1 qrup(10-15 nəfər)

  
“Diş texniki” ixtsası üzrə



Kursun adı

Növü

Müddəti

Hədəf auditoriya
(vəzifə üzrə)

Keçirilmə tarixi

Qrupların və 1 qrupda müdavimlərin sayı

1

Diş texnikinin işi

ÜT

3 həftə

Diş texniki

01.11.2023-27.11.2023

1 qrup (10-15 nəfər)