• Azərbaycan Respublikasının vətəndaşları kollecə qəbul olmaq hüququna malikdirlər;
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt  Tibb kollecinə qəbul tam orta bazasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kollecdə təhsil ala bilərlər;
  • Təhsil əyani formada, ödənişsiz və ödənişli əsaslarla keçirilir;
  • Müsabiqə tibb bacısı (qardaşı), mama, əczaçı və diş texniki ixtisasları üzrə  aparılır;
  • Kollecin təkmilləşmə kurslarına qəbul Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına və qaydalarına əsasən həyata keçirilir;