Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri tərəfindən sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici aksiya-fləşmob keçirilib.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri tərəfindən sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici aksiya-fləşmob keçirilib.
Fləşmob zamanı tələbələr şəhər sakinlərinin diqqətini sağlam həyat tərzinin əhəmiyyətinə cəlb etmək məqsədilə müxtəlif şüarlar səsləndirib, sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi barədə məlumat veriblər.
Tələbələr tərəfindən hazırlanan maarifləndirici bukletlər sakinlərə təqdim olunub, sağlam həyat tərzinin insan sağlamlığına müsbət təsiri barədə söhbətlər aparılıb.
Fləşmobun əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, gənclərin və şəhər sakinlərinin sağlamlığın qorunması istiqamətində maarifləndirilməsi olub.

Comments are closed.