“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş interaktiv onlayn kitab sərgisi

Səhiyyə Nazirliyi Dövlət Elmi Tibb Kitabxanası tərəfindən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş interaktiv onlayn kitab sərgisi keçirilib.
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin kitabxanası da sərgidə iştirak edərək “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş onlayn kitab sərgisini təqdim edib. Sərgidə şəhərsalma, memarlıq, urbanizasiya, ekologiya və sağlam şəhər mühiti ilə bağlı müxtəlif kitablar nümayiş olunub.
Təqdimat zamanı kollecin kitabxanası, kitab fondu və elektron kitabxana sistemi haqqında məlumat verilib, kitabxanada mütəmadi maarifləndirici tədbir və sərgilərin təşkil olunduğu bildirilib.
Sonda təşkilatçılara təşəkkür ifadə olunub.

 

Comments are closed.