12 May – Beynəlxalq Tibb Bacısı Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 12 May – Beynəlxalq Tibb Bacısı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə tibb bacılığı peşəsinin cəmiyyətdəki əhəmiyyətindən, səhiyyə sahəsində göstərilən fədakar xidmətdən bəhs olunub. Bildirilib ki, tibb bacıları və qardaşları insan sağlamlığının qorunmasında mühüm rol oynayırlar.
Tələbələr tərəfindən inyeksiya proseduru, arterial təzyiq və qanda şəkərin ölçülməsi, həmçinin ürəyin xarici masajı üzrə praktik nümayişlər təqdim olunub, tədbir interaktiv formada davam edib.
Sonda kollecin ictimai həyatında fəallıq göstərən tələbələr təşəkkürnamələrlə təltif olunublar.

 

Comments are closed.