Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində QİÇS-lə bağlı maarifləndirmə aksiyası keçirilib.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının əməkdaşlarının iştirakı ilə növbəti maarifləndirici aksiya təşkil olunub.
Tədbirin məqsədi tələbələr arasında İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) və Qazanılmış İmmunçatışmazlıq Sindromuna (QİÇS) dair məlumatlılığı artırmaq, sağlam davranışları təşviq etmək və profilaktik tədbirlərin əhəmiyyətini vurğulamaq olub.
Tələbələrə həmçinin İİV-lə yaşayan insanların hüquqlarının qorunması, diskriminasiya ilə mübarizə və cəmiyyətin maarifləndirilməsi kimi mühüm mövzular izah edilib.
Tədbir çərçivəsində könüllü və anonim müayinələr aparılıb. Regional laboratoriyanın əməkdaşları tələbələrə müayinənin gedişi, nəticələrin izahı və profilaktik istiqamətlər üzrə peşəkar məsləhətlər təqdim ediblər.
Aksiya zamanı mövzu ilə bağlı maarifləndirici bukletlər də paylanıb, tələbələrə sağlam seçim etməyin yolları barədə əlavə məlumat verilib.

Comments are closed.