Əczaçılıq şöbəsi

İxtisas: Əczaçı
Peşə-ixtisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 2 il 6 ay Tam orta təhsil bazasında
Təhsil növü: Əyani
İxtisas kodu: 040701
Sumqayıt Tibb Kollecində 1996-cı ildən fəaliyyət göstərir

Məzunların peşə fəaliyyəti

Əczaçı (provizor köməkçisi) apteklərdə, aptek köşklərində, xəstəxana daxili aptek şöbələrində, əczaçılıq zavodlarında, tibbi avadanlıqlar aptek marketlərində, analitik laboratoriyalarda, apteklərin anbarlarında, depolarda işləmək üçün hazırlanır.

eczaci1
eczaci2

“Əczaçılıq” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır

  • Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
  • Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
  • Aptek işinin təşkilində bütün əsas qanun təlimatlarını;
  • Əczaçının hüquq və vəzifələrini;
  • Aptekin quruluşunu;
  • Apteklərdə işin təşkili və strukturunu;
  • Dəmləmə və tinkturaların hazırlanmasını;
  • Standart məhlulları durulaşdırmağı;
  • Dərman preparatlarının fiziki kimyəvi farmakoloji xüsusiyyətlərini;
  • Dərman preparatlarının saxlanılmasını;
  • Tibbi malların assortimentini;
  • Dərman formalarının texnologiyasının nəzəri əsaslarını;
  • Reseptlərin (nüsxə) qəbulu, oxunması qaydasını;
  • Aptekin rentabelliyinin hesablanmasını;
  • Mal balansının hesablanmasını;
  • Nəzarət kassa aparatının işlədilməsini;
  • Aptekə lazım olan dərman preparatlarının sifarişini;
  • Vaxtı keçmiş dərmanların seçilməsini;
  • Pulsuz buraxılan dərman siyahısının tərtib edilməsini;
  • Reseptsiz buraxılan dərman preparatlarının siyahısının tərtib edilməsini;
  • Tibbi ləvazimatların və avadanlıqların satış qaydasını;
  • Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini.
eczaci4
eczaci5

Tədris olunan fənlər

  • İnsanın normal anatomiya və fiziologiyası
  • Farmakologiya reseptura ilə
  • Ümumi və tibbi mikrobiologiya
  • Qeyri-üzvi kimya
  • Üzvi kimya
  • Analitik kimya
  • Əczaçılıq kimyası
  • Farmakoqnoziya və botanika
  • Dərman formalarının texnologiyası
  • Əczaçılığın təşkili və iqtisadiyyatı
  • Tibbi biokimya
  • Tibbi biliklərin əsasları
  • Riyaziyyat
  • İctimai sağlamlıq və gigiyena
  • Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  • Azərbaycan tarixi
  • Xarici dildə işgüzar və akademik kommunikasiya
  • Hüququn əsasları
  • İnformasiya texnologiyaları
  • Tibbi psixologiyanın əsasları

Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri

  • Əczaçı
  • Əczaçı-texnoloq
  • Əczaçı-marketoloq
eczaci6