Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində I kursa yeni qəbul olunan tələbələrlə rəhbərliyin və tədris heyətinin iştirakı ilə ənənəvi görüş keçirilib.
Görüş zamanı təhsilin ilk mərhələsinə qədəm qoyan tələbələr təbrik olunub, onlara uğurlar arzulanıb və tələbələrə kollecin tədris prosesi, daxili nizam-intizam qaydaları və müxtəlif ictimai-mədəni fəaliyyətlər haqqında geniş məlumat verilib, həmçinin kollecin rəhbər heyəti onların suallarını cavablandırıb.