Sağlamlığa Doğru Qaç

1 iyun 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı genişmiqyaslı qaçış yarışı keçirilib.
Tədbirdə Bakı, Sumqayıt, Abşeron, Şuşa və Zəngilan da daxil olmaqla ölkənin 70-ə yaxın tibb müəssisəsindən 500-ə yaxın səhiyyə işçisi və tələbə iştirak edib.
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri də bu əlamətdar tədbirdə fəal iştirak edərək Kolleci uğurla təmsil ediblər.

Comments are closed.