“Konstitusiya və Suverenlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq tələbələr arasında “Konstitusiya və Suverenlik” mövzusunda maarifləndirici viktorina təşkil olunub.
Viktorina 3 mərhələdə keçirilib və iştirakçılar həm fərdi, həm də komanda formatında öz biliklərini sınayıblar. Suallar əsasən Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması tarixi, əsas müddəaları, dövlət atributları, insan hüquqları və vətəndaş vəzifələri ilə bağlı olub.
Tələbələr yarışmada böyük maraq və fəallıq göstəriblər. Tədbirin sonunda nəticələr elan olunub, iştirakçılara təşəkkür edilib və belə maarifləndirici fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.

Comments are closed.