Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici seminar təşkil olunub.
Seminarda Kollecin hüququn əsasları fənn müəllimi Fərhad Mustafayev Azərbaycan Konstitusiyasının tarixi inkişaf yolu, dövlətçilikdə rolu və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasındakı əhəmiyyəti barədə geniş məlumat verib.
Daha sonra Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Şəfa Xudiyeva və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı çıxış edərək səhiyyə sahəsində mövcud hüquqi mexanizmlər, sağlamlıq hüququnun təmin olunması, pasiyent və tibb işçilərinin hüquqları, habelə İcbari Tibbi Sığorta sisteminin məqsədi, əhatə dairəsi və tətbiq mexanizmləri barədə ətraflı məlumat veriblər.
Seminar interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb, onların hüquqi maariflənməsi istiqamətində faydalı müzakirələr aparılıb.