8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kollecin rəhbərliyi, müəllim və işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov kollektivdə çalışan bütün xanımları bayram münasibətilə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin ölkəmizdə qadınların cəmiyyətdəki roluna verdiyi yüksək dəyərdən danışaraq, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü mühüm işləri vurğulayıb.
Daha sonra çıxış edənlər kollecin həyatında qadın əməkdaşların mühüm rol oynadığını, onların təhsil və tibb sahəsində göstərdiyi xidmətlərin əhəmiyyətini qeyd ediblər.
Tədbirdə kollecin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup işçi fəxri fərmanla təltif olunub. Təltif olunan əməkdaşlar göstərilən diqqət və dəyərə görə minnətdarlığını bildirərək, gələcək fəaliyyətlərində daha böyük səylə çalışmağa davam edəcəklərini vurğulayıblar.
Tədbir Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqının birgə hazırladığı bədii hissə ilə davam edib.

Comments are closed.