Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Mülki müdafiə – əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir təşkil olunub.
Tədbirin məqsədi fövqəladə hallarda əhalinin müdafiəsi, mülki müdafiə sisteminin əhəmiyyəti və təbii fəlakətlər zamanı düzgün davranış qaydaları barədə maarifləndirməni artırmaq olub.
Kollecin həkim-müəllimləri Ofeliya Əhmədova, Məharət Məmmədova və Nuranə Cəfərova tədbirdə çıxış edərək mülki müdafiənin əhəmiyyəti, tibbi yardımın təşkili və fövqəladə hallarda insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçılara mülki müdafiənin əhəmiyyətini vurğulayan və fövqəladə hallarda davranış qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib.