HAQQIMIZDA

Sumqayıt Tibb Məktəbi

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. İlk dövrlər məktəb 2 şöbə,  90 tələbə və 10 müəllimlə fəaliyyətə başlamısdır. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.

Sumqayıt Tibb Məktəbi 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. İlk dövrlər məktəb 2 şöbə,  90 tələbə və 10 müəllimlə fəaliyyətə başlamısdır. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.

1969-cu ildən fəaliyyət göstərən Sumqayıt Tibb Məktəbi möhtərəm cənab prezident İlham Əliyevin sərəncamı ilə təhsildə aparılan islahatlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2010-cu  il tarixli  47 nömrəli əmri ilə  Sumqayıt Tibb Məktəbi - Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırıldı.

Hazırda kollecdə 4 ixtisas üzrə orta ixtisaslı tibb işçisi hazırlanır və onların təkmilləşməsi prosesi həyata keçirilir: mama, tibb bacısı(qardaşı), əczaçı, diş texniki.

Kollecdə təhsil kredit sistemi ilə həyata keçirilir. Bu sistem tədris proqramlarının ölkə daxilində və ölkə xaricində akademik tanınmasına və tələbələrin təhsillərini davam etdirməsinə imkan verir.

Kollecdə təcrübəli həkim və müəllim heyəti fəaliyyət göstərir. Müəllimlər arasında əməkdar həkim və tibb elmləri doktoru, biologiya üzrə fəlsəfə doktoru var.

Məqsədimiz təhsilin keyfiyyətini yüksəltmək və yüksək keyfiyyətli orta ixtisaslı tibb kadrlarını yetişdirməkdir. Kolleci bitirmiş məzunlardan bir çoxu ali təhsil alaraq həkim kimi fəaliyyət göstərirlər. Kollecin məzunları yalnız ölkəmizdə deyil, həmçinin bir çox xarici ölkələrin müxtəlif tibb sahələrində çalışırlar.