Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri Sumqayıt Şəhidlər xiyabanında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar qərənfillərdən ibarət xüsusi kompozisiyanın hazırlanmasında fəal iştirak ediblər.
Onlar güllərlə bəzədilən yazının tərtibatı və düzülüşündə xüsusi əmək sərf edərək, öz vətənpərvərlik borclarını bir daha nümayiş etdiriblər.
Tələbələrimiz şəhidlərin əziz xatirəsini daim yad etmək, onların vətən sevgisindən nümunə götürmək lazım olduğunu vurğulayıblar. Onların bu təşəbbüsdə iştirak etməsi gənc nəsillərin tarixi hadisələrə və şəhidlərə ehtiram ruhunda böyüməsinin əhəmiyyətini göstərir.