20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin rəhbərliyi, müəllim heyəti və tələbələri 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı kollektiv və tələbələr Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.