20 Yanvar – Qəhrəmanların xatirəsi ürəklərdə əbədi qalacaq

Xalqımızın qəhramanlıq səhifəsi olan 20 Yanvar hadisələrindən 35 il ötür.
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “20 Yanvar hadisələrinin 35-ci ildönümü” ilə əlaqədar keçirilən tədbir ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir, Kollec rəhbərliyinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə kollecin müəllimi Aynurə Kazımova mühazirə oxuyaraq 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsindəki əhəmiyyətindən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən və bu günümüz üçün qoyduğu mənəvi irsdən bəhs edib.Tədbir çərçivəsində hazırlanan kitab və şəkillərdən ibarət guşə də tələbələrin marağına səbəb olub.

Comments are closed.