Məzunlarımızın Ugurları

WhatsApp Image 2025-01-16 at 15.45.09

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin məzunlarından biri olan Qızılgül Cəlladova 1999-2002-ci illərdə “Mamalıq işi” ixtisası üzrə təhsil alıb. Peşə fəaliyyətinə 2003-cü ildən Sumqayıt şəhər 1 nömrəli Anesteziologiya və Reanimasiya şöbəsində tibb bacısı olaraq başlayan Qızılgül Cəlladova, 2016-cı ildən Sumqayıt 1 nömrəli Doğum Evində baş tibb bacısı, 2022-ci ildən isə 3-cü səviyyəli doğuşa yardım xidməti statusu almış Perinatal Mərkəzin baş tibb bacısı vəzifəsində çalışır.
O, Perinatal Mərkəzdə İPV komitəsinin üzvü, uşaq hüquqlarının müdafiəsi üzrə məsul şəxs olaraq beynəlxalq standartlara uyğun fəaliyyəti ilə seçilib və rəhbərlik tərəfindən dəfələrlə təşəkkürnamələrə layiq görülüb və fəxri fərmanla təltif olunub.
Qızılgül Cəlladova tibb sahəsindəki peşəkar fəaliyyətini daim təkmilləşdirərək bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif sertifikatlara layiq görülüb. Onun uğurları sırasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq qurumların təşkil etdiyi təlimlərdə iştirakı xüsusi qeyd olunur.
✉️MƏZUNUMUZDAN MESAJ:
“Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci mənim üçün yalnız bir təhsil ocağı deyil, həm də həyatımın uğurlu başlanğıcı oldu. Bu kollecdə qazandığım biliklər və mənə aşılanan dəyərlər sayəsində bu gün səhiyyə sahəsində fəaliyyətimi uğurla davam etdirirəm. Məslək yoldaşlarıma tövsiyəm: daim öz üzərinizdə işləyin və xəstələrə qayğını ön planda tutun.”

Comments are closed.