Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub. Layihə çərçivəsində ekokönüllülər tərəfindən işlənmiş batareyalar toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.