Uşaq Hüquqlarının Qorunması

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin bişgə təşkilatçılığı ilə tələbələr üçün “Uşaq Hüquqlarının Qorunması” mövzusunda maarifləndirici təlim təşkil edilib. Təlimdə psixoloqla görüş keçirilib və uşaq hüquqlarının əhəmiyyəti, bu hüquqların qorunması və mövcud qanunvericilik çərçivəsində onların təmin edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Psixoloq, uşaqların inkişafında hüquqlarının qorunmasının mühüm rol oynadığını vurğulayaraq, xüsusilə tibbi sahədə fəaliyyət göstərən gənc mütəxəssislərin bu mövzuya həssas yanaşmalarının vacibliyini diqqətə çatdırıb. Görüş zamanı tələbələrin sualları cavablandırılıb, real həyatdan nümunələr əsasında mövzunun praktik aspektləri izah edilib.
 

Comments are closed.