Əsgərə məktub

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində tədbir baş tutub.
Layihənin məqsədi Vətənimizin keşiyində dayanan əsgərlərə dəstək olmaq, onların mənəvi gücünü artırmaq və gənclər arasında vətənpərvərlik ruhunu təbliğ etməkdir.

Çıxışlar edilərək tədbir açıq elan edilib. Daha sonra “ASAN Könüllüləri”nin nümayəndələri layihənin mahiyyəti və əhəmiyyəti haqqında ətraflı məlumat veriblər. Tədbir çərçivəsində tələbələr cəbhə bölgəsində xidmət edən əsgərlərə ürək sözlərini, minnətdarlıqlarını və dəstəklərini ifadə edən məktublar yazıblar.
Tələbələr, əsgərlərə ünvanlanan məktublarında dərin hörmət və sevgilərini ifadə edərək, hər bir məktubun onlara güc və motivasiya verəcəyinə inandıqlarını bildiriblər.

Tədbirin sonunda “ASAN Könüllüləri” Təşkilatının nümayəndələri Sumqayıt Tibb Kollecinin rəhbərliyinə və iştirakçılara təşəkkürlərini bildiriblər və gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Comments are closed.