Ümumdünya QİÇS – lə mübarizə günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllim və tələbələrinin iştirakı ilə 02 dekabr 2024-cü il tarixində Sumqayıt Gənclər Kitabxanasında Ümumdünya QİÇS-lə mübarizə günü çərçivəsində dəyirmi masa təşkil olunub. Tədbirin keçirilməsində məqsəd, ictimaiyyətin diqqətini QİÇS və onun törətdiyi fəsadlara yönəltmək, gəncləri maarifləndirmək və virusdan qorunma yolları haqqında məlumatlandırmaq olub.
Tədbiri açıq elan edən kitabxananın müdir vəzifəsini m.i.e. Leyla Mahmudova QİÇS-in mahiyyəti və bu günün əhəmiyyəti barədə geniş məlumat verib. Tədbir iştirakçılarına həmçinin “Ümumdünya QİÇS-lə mübarizə günü” başlığı altında sərgilənən kitablar haqqında məlumat çatdırılıb.

Tədbirin qonaqları sırasında Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov və Ə.Əliyev adına Tibb Kollecinin müəllimi, infeksionist həkim Ofelya Əhmədova da iştirak ediblər. Onlar İİV virusunun yaranma tarixi, səbəbləri və qorunma yolları ilə bağlı maarifləndirici çıxışlar edərək gənclərə virusdan qorunmaq üçün vacib tövsiyələr veriblər.
Tədbir zamanı gənclər həkimlərə suallar ünvanlayaraq, virusun ötürülmə yolları, qarşısının alınması və digər mövzularla bağlı dərin məlumat alıblar.

Sonda kitabxananın müdir vəzifəsini m.i.e. Leyla Mahmudova qonaqlara və iştirakçılara təşəkkür edərək, gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən və yoluxucu xəstəliklərdən uzaq durmağa çağırıb.

Comments are closed.