Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının əməkdaşlarının iştirakı ilə maarifləndirmə aksiyası təşkil olunub. Tədbirin əsas məqsədi tələbələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmunçatışmazlıq Sindromu (QİÇS) barədə məlumatlılığı artırmaq və bu sahədə profilaktik tədbirlərin vacibliyini vurğulamaq olub.
Maarifləndirmə tədbirində İİV və QİÇS-in yoluxma yolları, qarşısının alınması üsulları və xəstəliyin cəmiyyətə təsiri ilə bağlı geniş məlumat verilib. Tələbələrə həmçinin bu mövzuda düzgün məlumatlanmağın önəmi və İİV-lə yaşayan insanların hüquqlarının qorunması məsələləri izah edilib.
Tədbir çərçivəsində iştirakçılar arasında könüllü müayinələr aparılıb və laboratoriya mütəxəssisləri tərəfindən peşəkar məsləhətlər təqdim olunub. Tələbələr müayinə prosesində aktiv iştirak edərək verilən məlumatları daha yaxşı mənimsəmək imkanı əldə ediblər.