Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətin inkişafı istiqamətində gördüyü böyük işlərdən danışıb. O, Heydər Əliyevin ölkənin siyasi sabitliyinin təmin edilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində və Azərbaycanın beynəlxalq arenada tanınmasında əvəzsiz rolunu vurğulayıb.
Tədbirdə çıxış edənlər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün şanlı tarixindən söz açıblar.
Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda videoçarx nümayiş olunub.