Abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə qəbul olan abituriyentlərin sənəd qəbulu 9-17 sentyabr (saat 18:00-dək) tarixlərində onlayn formada aparılacaq:
📣 2024/2025-ci tədris ilində Sumqayıt Tibb Kollecinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə onlayn formada qeydiyyatdan keçməlidirlər.
Onlayn formada qeydiyyat  zamanı  tələb olunan sənədlərin siyahısı:
1. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) surəti;
2. Təhsil haqqından azad olan imtiyazlı şəxslər üçün müvafiq sənədlərin surətləri.
📌 Qeyd: Ödənişli əsaslarla təhsil alacaq tələbələr illik təhsil haqqının minimum yarısını ödəməlidir.
📣 Təhsil tələbə kreditinə müraciət etmək istəyən abituriyentlərin nəzərinə:
Standart təhsil tələbə kreditinə qəbul balı 110 və daha yuxarı olanlar müraciət edə bilər. Standart təhsil tələbə krediti əldə etmək üçün təhsil haqqının 20 faizi tələbə tərəfindən mütləq ödənilməlidir.
Sosial təhsil tələbə krediti olduqda heç bir bal limiti yoxdur.
WhatsApp Image 2024-09-05 at 14.32.03

Comments are closed.