Narkomaniyaya yox deyək və narkomaniyaya qarşı birgə mübarizə aparaq

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən kollecin kollektivi, tələbələr və onların valideynləri ilə “Narkomaniyaya yox deyək və narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda maarifləndirici onlayn görüş keçirilib.
Görüşdə kollecin müəllimləri Elnarə Qəniyeva və Rəna Məlikyeqanova tərəfindən zərərli vərdişlərin ağır fəsadları barədə məlumat verilib, tələbələrin ziyanlı vərdişlərdən uzaq durması üçün valideynlərin də üzərinə böyük və məsuliyyətli vəzifənin düşdüyü qeyd edilib.

Comments are closed.