Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra kollecin direktoru t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik edib və çıxış edərək bildirib ki, 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki yeri və roluna dair ən dolğun qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərimiz dəfələrlə bildirib ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır, məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirilib.
Tədbirdə “İnci” rəqs qrupu və kollecin tələbələri Fidan Mikayilova, Ləman Omarovanın ifasında musiqi nömrələri təqdim olunub.
Sonda bir qrup fəal tələbə təşəkkürnamə ilə təltif olunub.