1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə və 10 müəllimlə fəaliyyətə başlamısdır. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.
Axşama qədər yorulmadan, usanmadan, sevgi və şəfqətlə balaca həmvətənlərimizi müayinə edən sevimli həkimlərimiz… Sağlam gələcəyimiz üçün xidmətiniz əvəzsizdir.
Səhiyyə Nazirliyi ETPİ həkimləri ilə birgə Füzulinin işğaldan azad edilmiş bölgəsində uşaqların tibbi müayinəsi həyata keçirildi. Bütün uşaqlar Pediatrlar, Oftamoloq, Cərrah, Nevroloq, Kardioloq, Exokardioqrafiya,Ultrasəs müayinəsindən keçirilərək ətraflı yoxlanıldılar. Problemləri olan uşaqlara müalicə təyin edildi və növbəti müayinədə müalicə nəticəsi dəyərləndiriləcək. Burda yaşayan uşaqların sağlamlıq durumu diqqət mərkəzində saxlanılaraq, bu cür aksiyalar davamlı olacaq. Yenidən görüşmək ümidi ilə…