
“Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024″də Gənclər Günü münasibəti ilə bağlı mükafatlanma mərasimi keçirilib.
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kolleci Tələbə Gənclər Təşkilatının (TGT) sədri Gülnar Kərimova 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ölkənin ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirakına görə “İlin Tələbə Gənclər Təşkilatı Sədri” mükafatına layiq görülüb. TGT sədr müavini Buta Həsənova isə “İlin TGT nümayəndəsi” nominasiyasının qalibi olub.