1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə və 10 müəllimlə fəaliyyətə başlamısdır. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq Fərmanına əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MBD məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.