
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan şahmat yarışı keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yarışın sonunda tələbələrə fəal iştirakına görə diplomlar təqdim olunub.