
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Reqional Laboratoriyasının əməkdaşları tərəfindən maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb. Tədbirdə tələbələrə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmunçatışmazlığl Sindromu (QİÇS) haqqında geniş məlumat verilib.