
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kollecində Milli Dirçəliş Günü və 17 Noyabr Beynəlxalq Tələbə günü münasibətilə tədbir təşkil olunub. Himnimizin səsləndirilməsindən sonra tədbirin rəsmi hissəsində Milli Dirçəliş günü ilə bağlı tələbə gənclərə məlumat verilib. Daha sonra, tələbələrimizin çıxışları ilə tədbir davam edib.