
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kollecinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri “8 Noyabr – Zəfər Günü” münasibətilə Sumqayıt şəhər Şəhidlər xiyabanını ziyarət ediblər. 44 günlük Vətən müharibəsində iştirak edən tələbələrimizin müşayiəti ilə xiyabanda ucaldılan abidənin önündə əklil qoyulub, şəhidlərimizin məzarları yad edilib.