“Erkən nikah və fəsadları”

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “ Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak edib. Çıxış edən mütəxəssislər erkən nikahların hüquqi, tibbi və psixoloji fəsadları barədə iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, erkən nikahlar yeniyetmələrin hüquqlarının pozulmasına, reproduktiv sağlamlıq problemlərinə və psixoloji çətinliklərə səbəb ola bilər.

Tədbirin davamında tələbələr tərəfindən mövzuya həsr olunmuş çıxış təqdim edilib. Çıxış zamanı erkən nikahların gənclərin təhsilinə, şəxsi inkişafına və gələcəyinə təsiri vurğulanıb.

Həmçinin tədbir çərçivəsində mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Comments are closed.