Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci və Sumqayıt şəhər Gənclər Kitabxanasının birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Xoşbəxt ailənin sirrləri” adlı diskussiya keçirilib.
Diskussiya zamanı Gənclər Kitabxanasının müdiri Leyla Mahmudova Beynəlxalq Ailə Gününün yaranma tarixi və təsis edilməsinin məqsədi haqqında məlumat verib. Eyni zamanda “15 May – Beynəlxalq ailə günü” adlı kitab sərgisi iştirakçılara təqdim olunub, sərgidə nümayiş etdirilən kitab və jurnallar barədə ətraflı danışılıb.
Tədbirdə qonaq qismində iştirak edən “Qadın Təşəbbüsü” İctimai Birliyinin rəhbəri, hüquqşünas Zemfira Mustafayeva və birliyin psixoloqu Samirə İsmayılova müasir dövrdə ailə dəyərləri, ailədaxili münasibətlərin qorunması, boşanmaların artma səbəbləri və sağlam ailə modelinin formalaşdırılması mövzusunda çıxış ediblər.
Diskussiya tələbələrin sualları və qarşılıqlı müzakirələrlə davam edib.
