Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 5 May – Beynəlxalq Həkim-mama günü qeyd olunub.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 5 May – Beynəlxalq Həkim-mama Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə mamalıq peşəsinin cəmiyyət üçün əhəmiyyəti xüsusi vurğulanıb, ana və körpə sağlamlığının qorunmasında həkim-mamaların fədakar əməyindən bəhs edilib. Müəllimlər tərəfindən reproduktiv sağlamlıq və ailə təbabəti mövzularında maraqlı və maarifləndirici çıxışlar təqdim olunub.
Tədbirin sonunda fəallığı ilə seçilən tələbələrə təşəkkürnamələr təqdim edilib.
Tədbir iştirakçılar tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.

Comments are closed.