Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər davam edir.
Kollecin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrə Azərbaycanın zəngin memarlıq irsini yaxından tanıtmaq, milli-mədəni dəyərlərə marağı artırmaq və onların dünyagörüşünü genişləndirmək olub.
Ekskursiya zamanı tələbələr abidənin tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olub, Azərbaycanın zəngin memarlıq irsi barədə məlumat əldə ediblər.
