Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “Göz sağlamlığının qorunması və müasir dövrdə risk faktorları” mövzusunda elmi-praktik seminar təşkil olunub

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarda müəllim Vüsalə Məlikova Zərifə Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edib, həkim Gülbacı Məmmədova isə göz sağlamlığının qorunması və risk faktorları barədə məlumat verib.
Tədbir çərçivəsində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda kollecin direktoru, t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi mühüm töhfələrdən bəhs edib, onun zəngin elmi irsinin bu gün də gənc tibb işçiləri üçün nümunə olduğunu vurğulayıb. O, tələbələrə daim biliklərini artırmağı, peşələrinə məsuliyyətlə yanaşmağı və insan sağlamlığının qorunmasını ən ali vəzifə kimi qəbul etməyi tövsiyə edib.

Comments are closed.